Abbas Lisani kimdir ?

Çox təəssüf hissi ilə qeyd edirəm ki, Abbas Lisanini Cənubi Azərbaycanda nə qədər çox tanıyırlarsa, Şimali Azərbaycanda o qədər az tanıyırlar. Ona görə də, özümə bir azərbaycanlı kimi borc bildim ki, onun haqqında qısa da olsa bir məqalə yazam. Kim bilir, bəlkə də kiminsə qarşısına çıxdı, oxudu və tanıdı…

Əslən İranın Güney Azərbaycan vilayətinin Ərdəbil şəhərindən olan Abbas Lisani türk əsilli İran vətəndaşlarının (Güney Azərbaycan) ana dilində təhsil almaları, iqtisadi rifahları və digər hüquqları uğrunda mübarizə aparan və zorakı olmayan müxtəlif etiraz aksiyalarında iştirak etdiyi üçün evinə basqın edilərək ailəsi və uşaqlarının gözü qarşısında döyüldükdən sonra Molla rejimi tərəfindən həbs olunaraq azadlıqdan məhrumetmə və qamçı cəzalarına məhkum edilmiş hüquq müdafiəçisi - jurnalistdir.


Evinə basqın edilməsi, döyülməsi, azadlıqdan məhrumetmə və qamçı cəzalarına məhkum edilməsi Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) tərəfindən hüquqa və insanlığa zidd hesab edilmiş və o “vicdan məhbusu - fikir cinayətkarı” kimi xarakterizə edilmişdir.

O, 2006-cı ilin mayında İran qəzetində Güney Azərbaycanlıları və Azərbaycan türkcəsini təhqir edən karikatura dərc edildikdən sonra Ərdəbil şəhərində keçirilən yürüşlərdə iştirak etdiyi üçün 18 ay həbs və 50 şallaq cəzasına məhkum edilib. İlk dəfə həbs olunanda Ərdəbildən 112 km məsafədə yerləşən Əhər zindanında (Əhər həbsxanasının məmurları şallaq cəzasını tətbiq etməkdən imtina ediblər) saxlanılsa da, hazırda 2000 km məsafədə yerləşən Yəzd həbsxanasında saxlanılır. Əhər İranın Şərqi Azərbaycan vilayətindədir. Abbas Lisani bu bölgədə tanınmış şəxs olduğundan o, azərbaycanlıların daha az yaşadığı və qamçı cəzasının tətbiq oluna biləcəyi Yəzd bölgəsi həbsxanasına köçürülüb. Yəzd zindanına aparılmasına etiraz olaraq aclıq aksiyası keçirən Lisani təkcə qamçı cəzasının icrası üçün Yəzd həbsxanasına aparılmadığını, ailəsi, uşaqları və yaxınları ilə görüşməsinə mane olmaq üçün köçürüldüyünü demişdir.

Sonda bir söz də demək istəyirəm: “Bu həbslər belə qalmayacaq. Hər anti demokratik reim kimi o reimin də sonu çatacaq. Arazın o tayı da, bu tayı da bizim doğma el-obamızdır. Molla reimi bunu öz qulaqlarına sırğa edib assın!”


Yorumlar