10 sual

   Salam dostlar, bu gün sizlərlə İsrail kralı Davudun oğlu Süleymana verdiyi 10 sual və Süleymanın ona verdiyi cavabları paylaşmaq istəyirəm. Buyrun…

 


 

1. Dünyada ən pis şey nədir ki, ondan daha pisi yoxdur?

- Dünyada ən pis şey insanın nəfsidir ki ondan daha pisi yoxdur.

 

2. Ən gözəl, ən üstün şey nədir ki, ondan daha gözəli,  daha üstünü yoxdur?

- Ondan daha gözəl, daha üstün olmayan şey ağıldır.

 

3. Dünyada ən acınacaqlı şey nədir?

- Ən acınacaqlı şey yoxsulluqdur.

 

4. Dünyada ən şirin şey nədir?

- Ən şirin şey varlı-zəngin olmaqdır.

 

5. O nədir ki, ondan daha çirkini yoxdur?

- İnsanda yolunu azmaqdan, küfrdən daha çirkini yoxdur.

 

6. O nədir ki, ondan daha kobudu yoxdur?

- Daşürəkli qadından daha kobudu yoxdur.

 

7. O nədir ki, ondan daha yaxını yoxdur?

- İnsana axirətdən daha yaxın bir şey yoxdur. Və bütün insanlar ona doğru gedirlər.

 

8. O şey nədir ki, ondan uzağı yoxdur?

- İnsana dünyadan uzağı yoxdur və ondan uzaqlaşmaqdadır.

 

9. O şey nədir ki, ondan daha qüssəli, daha kədərlisi yoxdur?

- Ən qüssəli, kədərli şey ruhun bədəndən ayrılmasıdır.

 

10. O nədir ki, ondan daha sevincli bir şey yoxdur?

- Ən sevincli şey ruhun bədəndə olmasıdır.

 

Yorumlar