Li Şanqyindən adsız şeir

 Salam, dostlar. Bu gün sizlərlə adsız bir şeiri paylaşıram. Müəllifi Çində Tan sülaləsi dövründə yaşamış Li Şanqyindir (Li Shangyin 813-858). Li gənc çinli yazıçılar tərəfindən XX əsrdə yenidən kəşf edildi və şeirləri bir çox dilə tərcümə edildi. Şeirlərinin adsız olması ilə məşhurdur. Onun başlıqsız şeirləri bəzi müasir ədəbi tənqidçilər tərəfindən "saf poeziya" kimi qiymətləndirilir. Linin bir şeirini çox bəyəndim və ingilis dilindən bizim dilə tərcümə etməyə çalışdım. İngilis dilinə tərcümə edənin adını paylaşmasam olmaz təbii ki - Angus Charles Graham. Şanqyinin azərbaycan dilinə tərcümə edilmiş ilk şeiridir. Bunu ilk mən etdiyim üçün sözün düzü qürurluyam. Peşəkar tərcüməçi olmadığımdan səhvim varsa əfv ola.


Gəlişin boş bir vəd idi,

getdin və ayaq izi belə buraxmadın:

ay işığı damın üzərinə toxunur,

artıq eşidilir beşinci saatın səsləri.

Uzaq ayrılıqların xəyalları,

Səsləyə bilməyən hayqırışlar,

məktubu bitirmə təlaşı,

tündləşdirə bilməyən mürəkkəb.

Yarımçıq şam işığı qızıl örtüklü suquzğunlarını çevrələyir,

Bəzəkli suzanbaqlarının arasından xəfif müşk iyi gəlir.

Gənc Liu Pəri Təpəsinin uzaqlığından gileylənir.

Pəri Təpəsinin ötəsində silsiləvi on min dağ yüksəlir.


Coming was an empty promise, you have gone, and left no footprints:
The moonlight slants above the roof, already the fifth watch sounds.
Dreams of remote partings, cries which cannot summon,
Hurrying to finish the letter, ink which will not thicken.
The light of the candle half encloses kingfishers threaded with gold,
The smell of musk comes faintly through embroidered water-lilies.
Young Liu complained that Fairy Hill is far.
Past Fairy Hill, range above range, ten thousand mountains rise.

Yorumlar