Dövlət qulluğu üçün testlər

          Salam dəyərli bloq oxuyucuları, yeni ilin ilk paylaşımı dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün hazırladığım testlərdir. Bir dostum imtahana hazırlaşırdı və məndən dövlət qulluğunun ədəbiyyat siyahısına uyğun testlərimin olub olmadığını soruşdu. Mən də ona tələbələrim üçün bir az sual hazırladığımı və onları sənin üçün bir araya yığa biləcəyimi dedim. Beləliklə, 80 sualdan ibarət test toplusu ortaya çıxdı. Bəli indi çoxu düşünür ki, 80 sual azdır. Razıyam azdır, amma bu 80 sual qəliz suallardır. Asan suallar onsuz da demək olar ki, hamı tərəfindən rahat yazılır. Amma mənim hazırladığım suallar bir az çətin sayılır :)))



   80 sual Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları, “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Məlumat azadlığı haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunları, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” və Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilikdən ibarətdir. Yəni proqramı tam olaraq əhatə edir. Siz bunu sınaq imtahanı kimi düşünün. Sualların sonuna cavab kartını da əlavə etmişəm. Bu sınağın nəticələrini şərhə əlavə etsəniz sevinərəm. Hamıya uğurlar!

Testləri yükləmə linki  DOWNLOAD

Yorumlar