Hər kəs öldürər sevdiyini...

  Dəyərli oxuyucular, bu gün sizlərlə çox sevdiyim bir şeiri paylaşıram.

İrlandiyalı şair Oskar Uayldın (Oscar Wilde) 1895-1897-ci illərdə həbsxanada olarkən orada gördüyü bir edam cəzası alan məhkumdan ilhamlanaraq yazdığı “Redinq Zindanı Ballada”ndakı bir şeiri. Özüm tərcümə etmişəm. Səhvim varsa əfv ola.

 

Halbuki hər kəs öldürər sevdiyini,

Hamı dinləsin bu sözləri,

Bəziləri acı baxışıyla edər bunu,

Bəziləri yaltaqcasına bir sözlə,

Qorxaqlar bir öpüşlə edər,

Cəsur olanlar qılıncla!

Bəziləri cavanlıqda öldürər,

Bəziləri qoca ikən;

Bəziləri şəhvətin əlləri ilə boğar,

Bəziləri qızılın əlləri ilə:

Mərhəməti olan bıçaq işlədər, çünki

Bıçaqla ölən tez soyuyar.

Bəzi eşqlər çox qısadır, bəziləri çox uzun

Bəziləri satar, digərləri isə alar;

Bəziləri bunu göz yaşları ilə edər

Bəziləri isə içini belə çəkməz:

Amma yenə də hər kəs öldürər sevdiyini

Lakin hər kəs o öldürdü deyə ölməz...

 

Yorumlar