Dövlət və Hüquq Nəzəriyyəsi

    Salam. Bu gün sizlərlə bir neçə müəllifin əsərlərindən istifadə etməklə hazırladığım "Dövlət və Hüquq Nəzəriyyəsi" kitabını (və ya kitabçasını) paylaşmaq istəyirəm. Dövlət hüququ ixtisası üzrə magistratura təhsili alan tələbələrimdən bəziləri dövlət qulluğu imtahanına hazırlaşır. Onlar məndən hüquq nəzəriyyəsinə aid ədəbiyyatımın olub olmadığını soruşdular. Mən də həm onlarla, həm də ehtiyacı olan digər şəxslərlə hazırladığım xülasəni paylaşmaq istədim. İmtahanın iki turdan ibarət olduğunu bilirsiniz: test və müsahibə. 2-ci turda bir çoxunun problemi vaxt qıtlığıdır. Ədəbiyyat siyahısı geniş olduğu üçün çox vaxt Hüquq Nəzəriyyəsi fənni namizədlərə problem yaradır. Başa düşmək olar. Qısa zaman ərzində kitabı təkrarlamağa vaxt çatmır. Ona görə də 2016-cı ildə hazırladığım xülasəni (konspekti) sizlərlə paylaşıram. Məqalənin sonuna kitabın pdf variantını yükləmək üçün link əlavə etmişəm.

    Kitab hüquqşünaslar üçün müsahibə mərhələsindəki hüquq nəzəriyyəsinə aid olan sualların hamısını əhatə edir:

Hüquq anlayışı: Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri.

Hüquq mənbələri: Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə.

Hüquq prinsipləri: Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı.

Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir).

Hüquq sistemi: Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq.

Hüquq məsuliyyəti: Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları.    


    Əsasən Xrapanyukun kitabına ağırlıq vermişəm, ancaq Məlikova, Lazarev, Hans Kelsen və Marçenkonun kitablarından da istifadə etmişəm. Həmçinin kitab magistratura imtahanının 2-ci mərhələsinə hazırlaşmaq üçün də istifadə oluna bilər.

Yorumlar