Uşağı necə övladlığa götürmək olar?

Salam, dostlar! Bir çoxunuzun övladlığa götürmə haqqında məlumatının olmadığını düşünərək bugünkü mövzunu bu barədə yazmağa qərar  verdim. İlk öncə onu qeyd edim ki, övladlığa götürmə qaydası Ailə qanunvericiliyi və Mülki Prosessual qanunvericiliklə tənzimlənir. Beynimizi yoran suallardan ilki ilə başlayaq...

Kimlər övladlığa götürə bilər?
Hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər.
Şəxs hansı halda uşağı övladlığa götürə bilməz?
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə.
2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə və ya valideynlik hüquqları məhdudlaşdırıldıqda.
3. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırıldıqda.
4. Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edildikdə.
5. Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilmədikdə.

Onu da qeyd edim ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır, ancaq məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Həmçinin, ögey ata və ya ögey ana uşağı övladlığa götürəndə bu yaş fərqinin olması tələb edilmir.


Övladlığa götürmək istəyən şəxs haraya müraciət etməlidir?
- Uşağın övladlığa götürülməsi barədə ərizə ilə uşağın yaşadığı yer üzrə məhkəməyə müraciət etməlidir.
Bəs bu ərizədə nələr göstərilməlidir?
- övladlığa götürənin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü.
- övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri, valideynləri barədə məlumat, qardaş və bacılarının olub-olmaması.
- uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənin xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar.
- əgər övladlığa götürülən uşaq 1 yaşından kiçikdirsə uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin  dəyişdirilməsi, övladlığa götürənin valideyn kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.

Bu ərizəyə bir neçə sənəd daha əlavə edilməlidir:
1. Uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə — övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti.
2. Uşaq nikahda olan şəxslər tərəfindən övladlığa götürüldükdə — övladlığa götürənlərin nikah haqqında şəhadətnaməsinin surəti.
3. Uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə — digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir.
4. Övladlığa götürənin səhhətinin vəziyyəti barədə tibbi rəy.
5. Övladlığa götürənin tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd.
6. Yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

Yuxarıda göstərilənləri məhkəməyə təqdim etdikdən sonra hakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Həmin qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır.
Qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:
1. Övladlığa götürülən uşağın yaşayış yeri üzrə və ya övladlığa götürənlərin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin həyat şəraitinin müayinə aktı.
2. Övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy.
3. Övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi.
4. On yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla).
5. Qanunda valideynlərinin razılığı olmadan uşağın övladlığa götürülməsinə yol verilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı.
6. Uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı.
7. Uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd.
         Onu da qeyd edim ki, zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.
Beləliklə, bu rəy məhkəməyə daxil olduqdan sonra hakimin qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir. İşə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin, qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır. Məhkəmə ərizəyə baxaraq 2 növ qərar qəbul edir. Ya uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin xahişini təmin edir, ya da rədd edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər tərəfindən övladlığa götürülmüş hesab edir. Məhkəmə övladlığa götürənlərin uşağın doğulması haqqında akt qeydində valideynlər kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər.
Əgər sizə maraqlı olan başqa suallar da varsa, o suallari mənim elektron poçt ünvanıma (orxanbayramov1989@gmail.com) göndərə bilərsiniz.

Yorumlar

  1. Gününüz yaxşı olan dostlar, mənim adım Mika Qəhrəmanova, Bakı, Azərbaycan, mən peşə üzrə həkiməm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Grønseth ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu məni sevmək üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, mən əlimdə olan hər şeyi soruşdum, söz verdim amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. bu şəkildə hər hansı bir yardıma ehtiyac duyduğunuzda doctorigbinovia93@gmail.com ya da whatsapp +2348144480786 nömrəli telefonla əlaqə qura bilərsiniz, ya da viberlə +2348144480786 nömrəli ünvana müraciət edə bilərsiniz və lazımlı şeyləri götürün .....

    YanıtlaSil

Yorum Gönder