Sarahah nədir?

Son zamanlar instagramda gəzişsəniz bir çox profildə filankəs.sarahah.com linkinə rastlayarsınız. Bəs bu Sarahah deyilən şey nədir ?
Ərəbcə "sarahah" sözünün mənası
açıq sözlü, səmimi, dürüst deməkdir. Sarahah.com 2016-cı ilin noyabr ayında Səudiyyə Ərəbistanında neft şirkətində işləyən Zain al-Abidin Tawfiq adlı şəxs tərəfindən ilk dəfə internet saytı formasında yaradılıb. Sonradan tətbiq halına salınıb və hal hazırda məşhur sosial şəbəkələrdəndir. Sarahah üzərindən insanlar bir-birilərinə anonim mesajlar yaza bilirlər. Mesaj yazmaq üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Lakin sənə mesaj yazıla bilməsi üçün sarahah.com saytında elektron poçt (e-mail) ünvanı ilə qeydiyyatdan keçmək lazımdır. Tətbiq 2 dildə - Ərəb və İngilis dillərində fəaliyyət göstərir. Bir müddət App Store-da ən çox yüklənilən tətbiqlərin sırasında liderliyə qədər yüksəlib. Play Store-da da mövcuddur. 2017-ci ilin avqust ayında Sarahah-ın  istifadəçilərinin sayı 14 milyon nəfəri keçib. Sarahahın müəllifi onu insanların bir-birilərinə qarşı dürüst ola bilmələri üçün yaratdığını bildirib. Çünki bəzən insan qarşısındakından yaşına və ya hər hansı digər səbəblərə görə çəkinib onunla səmimi danışa bilmir. Bunlar mənə məşhur bir filmdə deyilən sözləri xatırlatdı: "Ona maska ver və o sənə gerçəyi deyəcək" (Give him a mask and he will tell you the truth). Ancaq gəlin bir az düşünək görək hamı bu tətbiqdən bu məqsəd üçünmü istifadə edəcək? Sizcə günümüzdə sosial şəbəkələrdə olan virtual zorakılıq bu tətbiqdə daha da artarmayacaqmı? Bu sualın cavabını sizlərin öhdəsinə buraxıram.
P.S. məqalələrim haqqında dürüst fikirlərinizi orxaninblogu.sarahah.com -a yaza bilərsiniz.

Yorumlar

Yorum Gönder